Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətlərində ucuzlaşma müşahidə edilsə də bahalaşmaqda davam edəcəyi proqnozları güclü olaraq qalır.
Avro və funtun qiymətlərində bahalaşma proqnozları üçün həm texniki, həm də fundamental səbəblər güclü olaraq qalır. Avronun 2019-ci ilin önəmli müqavimət səviyyəsinə (1.15$) yaxın ticarət edilməsi, bu səviyyənin qırılması ehtimallarını da artırır. Bununla da alliqator xətlərinin üzərində möhkəmlənən EUR/USD məzənnəsində bahalaşma daha da güclənə bilər. Bu özü ilə bərabər GBP/USD məzənnəsinin də bahalaşmasına müsbət təsir edəcəkdir.
Fundamental olaraq isə Avropa Mərkəzi Bankının cümə axşamı verdiyi müsbət açıqlamalar avro və funtun bahalaşmasına təkan olması ilə bərabər, Avrozona və İngiltərə iqtisadiyyatı ilə bağlı statistika göstəricilər də müsbət açıqlanmaqda davam edir. Bu göstəricilərdə müsbət dinamika Amerika dinamikasını da üstələyir.