BANK

17 İyul

Avropa Mərkəzi Bankının istiqraz alışı proqramı ilə bağlı AÇIQLAMASI

Avropa Mərkəzi Bankı istiqraz alışı proqramına tam gücü ilə davam edəcəklərini, iqtisadiyyatın daha da sürətlənəcəyini deyib və hökümətlərə səslənib.Avropa Mərkəzi Bank (AMB) sədri Kristin Laqard sıfır uçot faiz qərarının açıqlanmasından sonra mətbuat konfransında danışarkən, iqtisadiyyatın canlanması üçün bütün gücündən istifadə edəcəyini açıqlayıb.

Fins.az xəbır verir ki, sonuncu dəfə iyun ayında 1.35 trilyon avroya kimi 600 milyard avro artırılan istiqraz alışı proqramı, bazarların son bir ay ərzində qismən stabilləşməsi fonunda sürətini azaltsa da müsbət dinamika müşahidə edilmədikcə 2021-ci ilin iyun ayına kimi tam sürəti ilə davam etdiriləcəkdir. 

Avropa hökümətlərini inkişaf yardımı tədbirləri fonunda da danışqları sürətləndirməyə səsləyən sədr, iqtisadiyyatda son inkişaf tendensiyalarının başlanğıc mərhəsində olduğunu və ziddiyətli şəkildə davam etməsinə baxmayaraq, yay aylarında daha da sürətlənəcəyini gözlədiklərini deyib.