Avropa Mərkəzi Bankı, iyul ayı yığıncağında faiz nisbətlərini dəyişdirmədi, pandemiyailə bağlı istiqraz alış proqramını 1,35 trilyon avro səviyyəsində saxlayıb
Fins.az xəbər verir ki,Avropa Mərkəzi Bankı bugünkü iclasda yeni addım atmayıb, çünki koronavirus pandemiyası hazırda nəzarət altındadır və karantin bitdi.
Bugünkü iclasda bank faiz dərəcələrini dəyişməyib. Avropa Mərkəzi Bankı faiz dərəcəsini 0%, marjinal maliyyələşdirmə dərəcəsini 0.25% və depozit dərəcəsini mənfi 0.5% səviyyəsində saxlayıb.
Keçən ay keçirilən iclasında AMB pandemiyaya ilə bağlı Fövqəladə Satınalma Proqramını (PEPP) 600 milyard avro artırdı, beləliklə aktiv alış proqramı 1.35 trilyon avroya yüksəldi.
Pandemiya səbəbindənu Avropa Mərkəzi bankı son proqnozlarında Avrozonada 8.7 faiz azalma proqnozlaşdırıb. BVF-nin hesablamalarına görə, bu il 10,2 faiz kiçilmə olacaq.
Bölgədəki son məlumatlar iqtisadiyyatın canlandığını xəbərdar etsə də, bəzi məmurlar bərpa tempindən narahatdırlar.İzabel Schnabel və Luis de Guindos kimi İdarə Heyətinin üzvləri bu il enişlərin gözləniləndən daha az olacağını bildirirlər.
Müəllif:Aynur Qəniyeva