Dünya Bankı 2020-2021 dövründə bəzi ölkələri gəlir qruplarına görə qruplaşdırb.
Dünya Bankı dünya iqtisadiyyatlarını dörd kateqoriyaya bölüb: aşağı, aşağı-orta, yüksək-orta və yüksək gəlirli ölkələr.
Fins.az "Blooberg"-ə istinadən xəbər veri ki, Qruplar hər il 1 iyul tarixinə adambaşına düşən milli gəlir hesabına əsasən yenilənir.
Qurumun məlumatına görə təsnifatdakı dəyişiklik iki səbəbdən qaynaqlanır.
Bunlardan birincisi; iqtisadi artım, inflyasiya, valyuta məzənnələri və hər bir ölkədə əhalinin artması kimi amillər adambaşına düşən milli gəlirə təsir göstərir. Milli uçot metodlarında düzəlişlər və məlumatlar adambaşına düşən milli gəlirə də təsir göstərə bilər.
İkincisi, gəlirlər təsnifatı hədlərinin real ifadədə saxlanılması üçün hər il inflyasiyaya görə tərtib olunduğu bildirilib. Çin, Yaponiya, İngiltərə, ABŞ və Avro Bölgəsi ÜDM deflyatorlarının orta çəkisi olan Xüsusi Rəsm Hüquqları (SDR) deflyatorundan istifadə edildiyi bildirilib
Müəllif: Aynur Qəniyeva