Bu gün Bakı vaxtı ilə saat 16:30-da isə Avropa Mərkəzi Bankının (AMB) gələcək monetar siyasəti ilə bağlı açıqlamalar diqqət mərkəzində olacaq.
AMB mənfi əmanət faizinə dair açıqlamalar verə bilər
Beynəlxalq valyuta birjalarında Amerikanın sənaye və enerji sektorlarına dair fundamental göstəricilərin müsbət açıqlanması fonunda EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma müşahidə edilib.
Lakin nəzərə almaq lazımdır ki, cari həftə ərzində İngiltərədən dərc edilən sənaye və inflasiyaya dair göstəricilər birinciləri üstələyir. Beləliklə, avro və funtda bahalaşma müvəqqəti xarakter də daşıya bilər. Bu gün isə Bakı vaxtı ilə saat 16:30-da isə Avropa Mərkəzi Bankının (AMB) gələcək monetar siyasəti ilə bağlı açıqlamalar diqqət mərkəzində olacaqdır.
İnvestorlar AMB sədri Kristin Laqardın çıxışı zamanı daha çox kommersiya banklarına tətbiq edilən mənfi əmanət faiz dərəcəsini yüngülləşdirilməsi fikirlərinə fokuslanacaqlardır. Bununla yanaşı, son iqtisadi böhran ilə bağlı gözləntilərə dair açıqlamalar da böyük əhəmiyyət kəsb edəcək.
Qeyd etmək lazımdır ki, Avrozonada iqtisadiyyatda müşahidə edilən son böhran və əmanət faizi ilə bağlı müsbət açıqlamaların verilməsi, avronun, eyni zamanda funtun da bahalaşmasına səbəb ola bilər