Azərbaycanda bank sisteminin kapital adekvatlığı 23% təşkil edir, bu da cari əlverişsiz şəraitdə banklara təhlükəsizlik buferini təmin edir.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“İkinci rübdə koronavirusa görə maliyyə sektorunda vəziyyət bir qədər ağırlaşıb, ancaq AMB-nin tam nəzarəti altındadır. Kapitalın adekvatlıq göstəricisi 23% təşkil edir, bu da minimal səviyyədən çoxdur (10%) və təhlükəsizlik buferidir”
Onun sözlərinə görə, cari əlverişsiz şəraitdə AMB ilin əvvəlindən pul-kredit siyasətinin yumşaldılması çərçivəısində uçot dərəcəsini 7,5%-dən 7%-dək endirib. Hazırda bank sisteminin likvidliyi 8 milyard manata yaxın təşkil edir.
Həmçinin, AMB-nin sədri vurğulayıb ki, 2020-ci ilin ikinci rübündə tənzimləyici maliyyə sektorunda sağlamlaşdırma çərçivəsində 4 kommersiya bankı və bir sığorta şirkətinin lisenziyalarını ləğv edib.
Rüstəmov əlavə edib ki, bu dövrdə Azərbaycan birinci rübdə azalmadan sonra strateji valyuta ehtiyatlarını artırmağa müvəffəq olub. “Hazırda bizim strateji valyuta ehtiyatlarımız faktiki olaraq 2020-ci ilin əvvəlinə olan göstəriciyə bərabərdir”, - AMB-nin sədri əlavə edib.