Koronavirusla əlaqədar vəziyyət elektron ödənişlər və nağdsız əməliyyatların sayının artımına gətirib.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“2020-ci ilin 6 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə əməliyyatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 37% artıb”, - Rüstəmov çərşənbə günü Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
O əlavə edib ki, hesabat dövründə ölkədə kontaktsız kartların sayı 8 dəfə, həmin kartlar vasitəsilə əməliyyatların sayı – 5 dəfə artıb.
“Elektron ticarətin həcmi 53%, mobil bankinq vasitəsilə əməliyyatların sayı – 2,2 dəfə, internet bankinq vasitəsilə əməliyyatların sayı – 84% artıb”, - Rüstəmov əlavə edib.