BANK

15 İyul

Yaponiya Mərkəzi Bankı pul siyasəti ilə bağlı QƏRAR VERDİ

Yaponiya Mərkəzi Bankı (BoJ) faiz dərəcələrini və pul siyasətini dəyişdirməsə də, 2021-ci ilin martında bitəcək maliyyə ili üçün proqnozu 3-5 faizdən 4.5-5.7 faizə qaldırıb
BoJ-nin dünən başlayan və bu gün sona çatan pul siyasəti iclasında qəbul edilən qərarlar açıqlanıb.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, müvafiq olaraq, bank siyasət faizini mənfi 0,1 faiz səviyyəsində müəyyən edib. 1 əleyhinə 8 səs ilə qərar qəbul edən BoJ, 180 milyard yen Yapon daşınmaz əmlak investisiya fondunu (J-REIT) limitsiz dövlət istiqrazları və 12 trilyon yen fond birjası (ETF) ilə almağa davam edəcəyini açıqlayıb.

İllik inflyasiya 2 faiz həddini aşanadək və hədəfdən sabit olaraq qalana qədər pul bazasının genişlənməsinə davam edəcəyik. Bank şirkətlərin maliyyələşdirilməsini və maliyyə sabitliyini qorumağa davam edəcəkdir. Hələlik bank Covid-19-un təsirini yaxından izləyəcək və lazım gələrsə Genişləndirmə tədbirləri görməkdən çəkinməyəcək və qısa və uzun müddətdə faiz dərəcələrinin indiki və ya daha aşağı səviyyədə qalacağı gözlənilir. 

Müəllif:Aynur Qəniyeva