BANK

11 İyul

Mərkəzi Bankın notları azalıb

İyulun 8-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 707,95 milyon manat təşkil edib.

Fins.az AMB-yə istinadla xəbər verir ki, bu göstərici iyulun 1-i ilə müqayisədə 48,27 milyon manat çoxdur.

Qeyd edək ki, iyulun 1-nə AMB-nin dövriyyədə olan notlarının dəyəri 756,22 milyon manat olub.