BANK

09 İyul

Asiya İnkişaf Bankı istiqrazlar vasitəsilə 4 mlrd. dollar cəlb edib

Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasına cavab tədbirləri çərçivəsində və kapitalını möhkəmlətmək üçün ABŞ dollarında olan istiqrazların satılması yolu ilə 4 mlrd. dollar cəlb edib.

Məlumata görə, bu, banka pandemiya dövründə Asiya və Sakit Okean bölgəsinə çox ehtiyac duyulan yardımı davam etdirməyə imkan verəcək.

Qeyd edək ki, təkcə COVID-19 pandemiyasına qarşı tədbirlərə AİB 20 mlrd. dollar dəyərində yardım paketi ayırıb.

(c)APA