Bank of China bazardan 69 milyard dolları çıxarır.
Fins.az "BLOOMBERG"-ə istinadən xəbər verir ki, Çin Mərkəzi Bankı, fevral ayından indiyəqədərki dövrdə ən böyük geri götürmə edərək bazardan 490 milyard yuan çıxarıb. Çin Mərkəzi Bankı Cümə günü açıq bazar əməliyyatı ilə dörd ay yarımlıq müddət ən böyük satınalmalar həyata keçirib. Çin Xalq Bankı, cümə günü verdiyi açıqlamada, əməliyyatın "bank sistemindəki nisbətən yüksək likvidlik səbəbiylə geri rezo əməliyyatları və dövlət istiqrazlarının buraxılması ilə bu amilləri balanslaşdırmaq üçün" edildiyi bildirib. 110 milyard yuan dəyərində olan əks repo əməliyyatı Cümə günü başa çatır. Bu həftə Çin Xalq Bankı, 21 Fevral həftəsindən bəri ən böyük geri çəkmə əməliyyatını həyata keçirərək bazardan 490 milyard yuan (69.35 milyard dollar) çıxarıb.