BANK

01 İyul

Əhali bu ödənişləri istənilən bankın və \"Azərpoçt”-un  istənilən bankomatından faizsiz əldə edə bilərlər

Vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.
 
Fins.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin sədri Fazil Talıbov məlumat verib 
 
Məlumata görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə bu tədbir həyata keçirilib.
 
Müəllif:Aynur Qəniyeva