BANK

01 İyul

Dolların 1%-ə kimi bahalaşması proqnozlaşdırılır

Amerika iqtisadi göstəricilərinin Avrozona və İngiltərə iqtisadiyyatları ilə bağlı göstəricilərə nisbətən zəifləsə də dolların aparıcı valyutalara nisbətən orta qiymətində texniki səbəblərlə əlaqədar 1%-ə kimi bahalaşma proqnozlaşdırılır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın sənaye sektoru üzrə önəmli göstəricinin dərci də böyük maraqla gözlənilməkdədir. Sözügedən göstərici üzrə güclü artımın olacağı ehtimal edilir. Saat 22:00-da yayımlanacaq FED-in son toplantı protokolu da diqqət mərkəzində saxlanılmalıdır. 

Ümumilikdə iqtisadi və Breksit, ABŞ-Çin gərginləşən siyasi münasibətlər kimi rikslərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbi yenidən artırmışdır. Bir unsiya üzrə qiymət son yeddi ilin maksimumunu yeniləyərək, bahalaşmaqda davam edir və qiymət 1765$-ın üzərində qaldıqca, 1826$ - son səkkiz ilin maksimumuna kimi dəyər qazanacağı proqno