BANK

01 İyul

SOCAR  Beynəlxalq Bankda pul vəsaitlərini təxminən 1,5 dəfə artırb

SOCAR 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilmiş pul vəsaitlərinin həcmini 46,9% - 1 mlrd. 856 mln. manatadək artırıb ($1 milyard 91,7 milyon – İF).

Bu barədə şirkətin 2019-cu il ərzində maliyyə hesabatında məlumat verilir.

“SOCAR Azərbaycanın aparıcı maliyyə müəssisələrində vəsaitlərə malikdir. Şirkətin pul vəsaitləri əsasən Azərbaycan hökumətinin nəzarətində olan ABB-də yerləşdirilib. 31 dekabr 2019-cu il tarixinə SOCAR-ın ABB-də pul və depozit vəsaitinin qalığı 1 mlrd. 856 mln. manat təşkil edib”, - hesabatda qeyd olunur.

SOCAR-ın məlumatına görə, 31 dekabr 2018-ci il tarixinə neft şirkətinin ABB-dəki vəsaitinin həcmi 1 mlrd. 263 mln. manat təşkil edib.

“SOCAR hesablarının olduğu bankların vəziyyətini daim diqqətdə saxlayır”, - sənədddə vurğulanır.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın səhmlərinin nəzarət paketi dövlətə məxsusdur