BANK

30 İyun

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə əməliyyatları 46% azalıb

2020-ci ilin yanvar-may aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 256 milyon manatlıq ($150,38 milyon) əməliyyat aparıblar.

Fins.az xəbər veri ki bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında məlumat verilir 

2019-cu ilin yanvar-may ayları ilə müqayisədə əməliyyatların həcmi 46,2% azalıb.

Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 24,3 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 76,9% azdır.

2020-ci ilin yanvar-may aylarında Azərbaycana 563,9 min turist gılib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə azdır.

2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır