BANK

29 İyun

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərcləri 60%-dən çox artıb

2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərcləri 24,65 milyon manat təşkil edib.

Fins.az bu barədə qurumun hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 60,5% çoxdur.

Ötən il Agentliyin bank xərcləri ümumi xərclərinin 2,3%-ni təşkil edib. Bu nisbət əvvəlki il 1,5% olub.

©report