BANK

29 İyun

“Azərbaycan Sənaye Bankı”nın sədri koronavirusdan vəfat edib

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan vəfat edib.

Fins.az xəbər verir ki, o, 47 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki,Qeyd edək ki, Doğan Tandoğan 1973-cü ildə Türkiyə Respublikasında anadan olmuşdur. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur. İş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlamışdır. 2013-cü ildən “ASB” ASC-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19.12.2016 tarixindən “ASB” ASC-nin İdarə Heyətinin Sədri təyin edilmişdir. O, eləcə də “Milli Kart” MMC-nin Direktorlar Şurasının Sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının Sədridir.