BANK

29 İyun

Avropa Birliyi Libra üçün ciddi qaydalar tətbiq edəcək

Avropa Birliyinin komissarı və  vitse-prezidenti Dombrovskis, AB-nin Libra kimi stablecoinlər üçün sərt qaydalar tətbiqinə imkan verəcək kripto valyutanın tənzimləməsi ilə bağlı qanun qəbul etməyə hazırlaşdığını bildirib

Fins.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayımlayıb

Məlumata görə Valdis Dombrovskis, Avropanın rəqəmsal maliyyənin əsas qurucularından biri olmaq fürsətindən istifadə etməli olduğunu qeyd edərək "Bu, Avropa şirkətləri üçün rəqəmsal maliyyə sahəsində yeni texnologiyalara rəhbərlik etmək üçün yaxşı bir şansdır", - Dombrovskis bu həftənin əvvəlində Digital Finance Support 2020-dəki çıxışında deyib.

O, "Bəzi kriptovalyutalar, məsələn, qiymətli kağızlar, Avropa qanunlarında yaxşı işlənsə də, bir çoxu - ən təəccüblü stablecoinlər hələ də heç bir şəkildə tənzimlənmir" -deyə vurğulayaraq vəziyyəti qiymətləndirib.

AB Komissiyasının vitse-prezidenti qeyd edib ki, tez-tez qanuni qeyri-müəyyənliyin olması AB-də güclü kriptovalyuta bazarının inkişafına əngəl kimi göstərilir.

Dombrovskis, kripto valyutalar üçün  yeni  tənzimləmə rejiminin yalnız tənzimlənməmiş rəqəmsal aktivləri əhatə etməyəcəyini, eyni zamanda Avropadakı mövcud standartları möhkəmləndirəcəyini və birləşdirəcəyini bildirib.

Pilot tətbiqetmə layihəsinin tənzimləyici orqanlara yeni eksperimental həll yollarını izləmək üçün imkan verəcəyini bildirən Dombrovskis, AB-nin "qlobal stablecoin" hesab olunan layihələrə sərt qaydalar tətbiq etməyə çalışdığını  deyib. 

Dombrovskisin qlobal "stablecoin" nə demək olduğu dəqiq bilinməsə də, onların ənənəvi valyutalar əvəzinə bir çox ölkələrdə köçürmələrdə istifadə ediləcəyi əsas amillər hesab olunacaq. 

AB Komissiyasının vitse-prezidenti, Facebook-un Libra layihəsi kimi qlobal miqyasda fəaliyyət göstərəcək stablecoinlərin "əlavə çətinliklər" gətirə biləcəyini və maliyyə və pul sabitliyini poza biləcəklərini vurğulayıb

"Ümumiyyətlə, yanaşmamız mütənasib və risk səviyyəsindən asılı olacaq. Bu o deməkdir ki, daha az riskli layihələr üçün daha yüngül qaydalar tətbiq ediləcək. Libra kimi qlobal stablecoins üçün bu, qaydalarımız daha sistemli olacaq deməkdir." 

Müəllif: Aynur Qəniyeva