BANK

22 May

\"AG Bank” ASC-nin kreditorları tələblərinin qeydiyyata alınması üçün bu ünvana müraciət etməlidir

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər

Fins.az xəbər verir ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

  • kreditorun adı və ünvanı;
  • tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
  • tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Qeyd edək ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. 

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.

QEYD: Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcəkdir.

Müəllif:Aynur Qəniyeva