BANK

05 May

Azərbaycanda ən çox hansı taksit kartı istifadə edilir-SİYAHI

1 255 respondent arasında aparılan sorğuya görə, Azərbaycanda ən çox istifadə olunan taksit kartlarının adı açıqlanıb

Fins.az xəbər verir ki, bu barədə “Business İnsight” məlumat yayımlayıb

Məlumatda bildirilir ki,rəyi soruşulanların əksəriyyəti taksit kartı kimi "Birkart--dan istifadəni tövsiyə edir. 

Kredit kartlarının «Heç birini tövsiyə etməyənlər» və ya bu suala «Cavab verməyə çətinlik çəkənlər» 62.4% təşkil edir. Bu seqmentdən olan 783 respondentin 53 faizini xanımlar, qalan 47 faizini isə kişilər təşkil edir. Eyni seqmentin yaş kateqoriyaları üzrə analizinə nəzər yetirdikdə isə məlum olur ki, yaşlı nəsil bu cür tövsiyələrdə daha ehtiyatlı yanaşma nümayiş etdirir (783 respondentin mütləq əksəriyyət, yəni, 70%- məhz 36-65 yaş arasında olanlardır).

Ehtiyatlı yanaşma nümayiş etdirənlər ən çox Azərbaycan üzrə  Bakı şəhər sakinləri ilə yanaşı xüsusilə Lənkəran və Şəki sakinləri də «Heç birini tövsyə etməyənlər» və ya bu suala «Cavab verməyə çətinlik çəkənlər» arasında çoxluq təşkil edir.
Beləliklə rəyi soruşulanların 24,3%- “BirKart”ı, 5,3%-i “Albalı”, 2,25-i “Bolkart”, 1,5%- isə “Tam Kart”ı tövsiyə edir.