BANK

04 May

Azərbaycanda sürətli pul köçürmələr azalıb

Azərbaycanda sürətli pul köçürmələrinin həcmi azalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə banklara daxil olan sürətli pul köçürmələrin sayı 185,2 min ədəd təşkil etməklə 111,9 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 604 manat olmaqla).

Bildirək ki, bundan öncə bu növ pul köçürmələrdən banka daxil olmaların həcmi cari ilin fevralında 140,9 mln. manat, ötən ilin eyni dövründə 143,5 mln. manat təşkil edib.

Bundan əlavə banklardan kənara 84,4 minlik əməliyyat baş tutub ki, bunun məbləği 57,9 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 686,5 manat). 2020-ci ilin fevral ayında banklardan kənara 68,8 mln. manat, öncəki il isə 64 mln. manat vəsait köçürülmüşdü.

(C)Banker