BANK

04 May

3 BOKT Azərbaycan Mikromaliyyə Assosasiyasına üzv qəbul edilib -SİYAHI

Azərbaycan Mikromaliyyə Assosasiyasına ötən ay 3 yeni üzv qəbul edilib

Fins.az xəbər verir ki, bu barədə Assosasiya məlumat yayımlayıb 

Məlumatda bildilir ki, aprel ayında BOKT “Finoko” ASC ,“Prior Leasing” ASC və BOKT Gold Finance MMC Azərbaycan Mikromaliyyə Assosasiyasına yeni üzv qəbul edilib.

Təşkilata üzr qəbul edilən BOKT “Finoko” ASC 2014- cü ildə təsis edilib. Hazırda təşkilatın bölgələrdə 3 filialı (Tovuz,Qazax, Göyçay,) Bakıda isə “Ekspress Yasamal filialı” fəaliyyət göstərir.Cari ilin sonuna kimi Bərdə, Xaçmaz, İmişli və Gəncə filiallarının açılışı planlaşdırılır.Sahibkarların inkişafını dəstəkləyən məhsulları arasında istehlak, mikro, lombard, ev təminatlı istehlak və biznes kreditləri yer alır.

“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilib. Hazırda şirkətin bölgələrdə 9 filialı (Quba , Masallı, Gəncə,Şəki, Göyçay, Bərdə, İmişli) və 8 satış ofisi fəaliyyət göstərir. Əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını, iri və xırda buynuzlu damazlıq heyvanlarını həmçinin nəqliyyat vasitələrini sərfəli lizinq şərtləri ilə təklif edir.

Gold Finance” Bank Olmayan Kredit Təşkilatı 17 sentyabr 2013-cü ildə dövlət qeydiyyatından keçmişdir. 11 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təminatlı və təminatsız kreditlərin verilməsi, habelə Bank Olmayan Kredit Təşkilatları haqqında qanunda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verilmişdir. Mərkəzi Bank tərəfindən verilmiş lisenziya üzrə təşkilata eyni zamanda girov əmanəti qəbul etmək hüququ verilib.

Müəllif:Aynur Qəniyeva