BANK

30 Aprel

FED dollarla bağlı vacib qərar verdi

ABŞ Mərkəzi Bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi -FED illik uçot dərəcəsini, gözlənildiyi kimi, 0-0,25 faiz saxlayıb.

Maliyyə tənzimçisinin, rəhbərliyin iclasının nəticəsinə əsasən verdiyi xəbərdə belə deyilir.

"Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - tənzimləyicinin saytında bildirilib.

Qeyd edək ki, FED uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. Tənzimləyicinin həmin vaxt yaydığı açıqlamada qeyd edilirdi ki, koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır.