BANK

29 Aprel

Azərbaycan bankı yeni baş ofisinə köçəcək

“Yelo Bank” 2020-ci il ərzində rebrendinq prosesini başa çatdırmağı planlaşdırır.

Bu barədə bankın rəhbəri Nikoloz Şurqaya məlumat verib.

"Rebrendinq üzrə bəzi işlər koronavirusla əlaqədar bir qədər ləngiyib, lakin ümumilikdə hər şey plan üzrə gedir. Prosesin bu il ərzində başa çatdırılması planlaşdırılır", - deyə Şurqaya bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, rebrendinq prosesi bankın müştərilərinə bir neçə yenilik gətirəcək.

"Biz yeni internet-bankçılıq və yenilənmiş mobil əlavəni işə salmağı planlaşdırırıq. Bundan başqa, müştərilərə bankın yeni müasir baş ofisi təqdim olunacaq. Hazırda filialların yenilənməsi davam edir", - deyə Şurqaya əlavə edib.

“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir.

©️ İnterfaks-Azərbaycan