BANK

29 Aprel

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 4% artıb

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54.4 milyon manat ipoteka krediti verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 89,7% azalaraq 7,3 milyon manata düşüb.

Son 1 ildə qurumun qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 100% azalıb, əvəzində Fonda büdcədən 17,8 milyon manat vəsait ayrılır (ötən ilin eyni dövründə vəsait ayrılmayıb).