BANK

29 Aprel

Mərkəzi Bank xalis xarici aktivlərinin miqdarını AÇIQLAYIB

Bu ilin aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının  xalis xarici aktivləri 17 763,8 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 106,6 mln. manat və ya 6,6% artım deməkdir.

 Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda isə 470,7 mln. manat və ya 2,7% artıb.

2020-ci ilin aprelin 1-nə AMB-nin xalis daxili aktivləri isə son bir ayda 2 366,2 mln. manat və ya 20,9% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 415,9 mln. manat və ya 18,8% artaraq 8 957,5 mln. manat təşkil edib.