BANK

29 Aprel

İqtisadiyyata özəl banklar tərəfindən kredit qoyuluşları nə qədər olub? - MƏRKƏZİ BANK AÇIQLAYIR

Azərbaycanda 2020-ci ilin aprel ayının 1-nə  iqtisadiyyata özəl banklar tərəfindən kredit qoyuluşları 12626,3 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Bildilir ki, bu göstəricinin iqtisadiyyata ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 80,7% təşkil edir. Xarici kapitallı özəl banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşları 3670,5 milyon manat olub.Bu tip kredit qoyuluşlarının ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 23,5%,bütövlükdə xarici kapitallı banklar tərəfindən iqtisadiyyata kapital qoyuluşlarının həcmi 1101,7 milyon manat təşkil edib ki, bu göstəricinin də ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,0% təşkil edib.

Mərkəzi Bank qeyri bank təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcminin 404,7 milyon manat olduğunu açıqlayıb. Bu tip kredit qoyuluşlarının ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 2,6 % olub

Müəllif:Aynur Qəniyeva