BANK

29 Aprel

Azərbaycanda hazırda nə qədər problemli kredit var ? - MƏBLƏĞ

Bu ilin aprel 1-nə Azərbaycan banklarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 387 milyon manat təşkil edib

Fins.az xəbər verir ki, bu barədə  Mərkəzi Bank məlumat yayımlayıb

Məlumata görə, bu göstərici mart  ayı ilə  müqaisədə 88 milyon manat çoxdur. Martın əvvəlində ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 299 milyon manat təşkil etmişdi.

Ümumi  məbləği15 milyard 637 milyon manat təşkil edən  kredit qoyuluşlarının 8,9%-nin ödəmə vaxtı keçib. 

Müəllif:Aynur Qəniyeva