BANK

29 Aprel

“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 1,4 milyon manat mənfəətlə başa vurub.

Bankın maliyyə hesabatında bildilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4% azdır.

Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 1,4 milyon manat (illik müqayisədə 58,5% az), xərcləri 4,8 milyon manat (15,4% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 4,7 milyon manat (27,6% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 164,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,8% çoxdur. Bunun 56,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8% kiçilib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 9,2% artaraq 103,6 milyon manata çatıb, o cümlədən depozit portfeli 9,1% azalaraq 61,9 milyon manata düşüb, balans kapitalı isə 8,2% artaraq 61,3 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.