BANK

31 Mart

Manatın nominal effektiv və real məzənnəsi AÇIQLANDI

Bu ilin fevral ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74,6 bənd təşkil edib 

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 1,2 bənd , ötən ilin fevral ayının yekununa nisbətən isə 2,6 bənd çoxdur.

Bu il mart ayının 1-nə manatın real effektiv məzənnəsi isə 101,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə ,2,1 bənd, illik müqayisədə isə 2,4 bənd çoxdur

Müəllif: Aynur Qəniyeva