BANK

31 Mart

Banklarda kredit qoyuluşları artıb - MƏBLƏĞ

Martın 31nə olan göstəricilər görə, Azərbaycanda bank sektorunun cəmi kredit qoyuluşları 15 milyard 299 milyon 100 min manata qədər artıb 

Fins.az xəbər verir ki, bu barədə  Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumatda bildilir ki, fevral ayının  əvvəli ilə müqayisədə kredit qoyuluşları 182,7 milyon manat, ilin əvvəli ilə müqayisədə isə 398.2 milyon manat artıb.

Son 12 hesabat ayında və ya ötən ilin Mart ayının əvvəli ilə müqayisədə kredit qoyuluşları 2 milyard 668. milyon 200 min manat artıb.

 

 Kredit qoyuluşları, milyon manatla
 
01.03.2020      15299.1
01.02.2020      15116.4
01.01.2020      14900.9

2019-cu il

01.12.2019      14745.6
01.11.2019      14075.0
01.10.2019      13872.1
01.09.2019      13526,4
01.08.2019      13342.3
01.07.2019      13146.0
01.06.2019      12861.4
01.05.2019      12674.8
01.04.2019      12714.4
01.03.2019      12630.9
01.02.2019      12541.0
01.01.2019      12628.3