BANK

31 Mart

Türk banklarının aktivləri artıb

Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi (BDDK) bank sektorunun əsas göstəricilərini özündə cəmləşdirən hesabat yayımlayıb.

Fins.az xəbər verir ki,hesabata əsasən, fevral ayının sonuna Türkiyə banklarının aktivləri 2020-ci ilin başlanğıcına nisbətdə 221.87 milyard lirə (4.9%) artaraq 4 trilyon 712 milyard 688 milyon lirə səviyyəsində qərarlaşıb.  

Bununla yanaşı fevral ayında ilin əvvəlinə nəzərən bank sektorunun kredit portfeli   4.4% artıb. Bank sektorunun net gəlirləri isə 15.13 milyard lirə səviyyəsində qərarlaşıb.