BANK

30 Mart

“Qazprombank”: “S&P” tərəfindən Azərbaycanın reytinqinin növbədənkənar təsdiqi avroistiqrazlar üçün müsbətdir

“SP” agentliyi tərəfindən Azərbaycanın reytinqinin "BB+" səviyyəsində növbədənkənar təsdiqi və proqnozun "Sabit" saxlanılması avroistiqrazlar üçün müsbətdir.

"Biz hesab edirik ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi şəraitində Azərbaycanın suveren reytinqinin cari səviyyədə təsdiqlənməsi avroistiqrazlar üçün müsbətdir", - deyə “Qazprombank”ın icmalında bildirilir.

 Bu icmala əsasən, bankın analitikləri hesab edirlər ki, bu qərar gözlənilən olub. “Görülən tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı 2015-ci illə müqayisədə xarici təsirlərə qarşı əhəmiyyətli dərəcədə dayanıqlılıq əldə edib: beynəlxalq ehtiyatların təmin edilməsi yüksək səviyyədədir və martın 1-nə olan vəziyyətə görə, Dövlət Neft Fondunun aktivləri nəzərə alınmaqla idxal üzrə 43,5 aya və ya ÜDM-in 103%-nə çatıb; borc yükü aşağı səviyyədə qalmaqda davam edir və 2019-cu ilin yekunları üzrə ÜDM-nin 20%-ni ötməyib; büdcə xərclərinin nominal artımının əvvəlki il üzrə təsdiq edilmiş xərclərə nisbətən 3% səviyyəsində məhdudlaşdırılmasını nəzərdə tutan büdcə qaydası tətbiq edilib; büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilən neft gəlirlərinin limitinin müəyyən edilməsi; həmçinin büdcənin qeyri-neft balansının hədəf səviyyəsinin qeyri-neft ÜDM-nin faizi ilə müəyyənləşdirilməsi və Azərbaycan Prezidenti tərəfindən təsdiq edilməsi; yanvar-fevral aylarında iqtisadi artımın 2,8%-ə qədər sürətlənməsini təmin etmiş qeyri-neft sektoru fəal inkişaf edir.

“Qazprombank”ın ekspertləri hesab edirlər ki, digər reytinq agentlikləri – "Moody’s" və “Fitch” də Azərbaycanın reytinqlərinə növbədənkənar baxılacağı təqdirdə ölkənin cari reytinqlərini "Sabit" proqnozla təsdiqləyəcəklər

(c)"İnterfaks-Azərbaycan"