BANK

30 Mart

Koronavirusun ailələrin borcunu artıracağı xəbərdarlığı edildi

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına görə, dünyada ailələrin borcu 2007-ci ildən 2019-cu ilin Sentyabr ayına qədər 12 trilyon dollar artaraq 47 trilyon dollar ilə rekord səviyyəyə çatıb. Yeni növ koronavirus böhranı ailələrin borc yükünü ağırlaşdıracaq.

Fins.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutunun "Kovid-19 Ev təsərrüfatlarının Borc Yükünü Ağırlaşdırır" başlıqlı hesabatında, 2019-un üçüncü rübü sonunda ailələrin borcunun qlobal ümumi daxili məhsulun (ÜDM) 60%-nə bərabər gəldiyi qeyd edilib. 

Hesabatda, 2007-dən bəri şirkətlərin və dövlətlərin borclarının müvafiq olaraq 31 trilyon dollar və 34 trilyon dollar artdığı, ailələrin də borcuna 12 trilyon dollar əlavə olunduğu, beləliklə, ailəlrin borcunun 2019-un üçüncü rübündə 47 trilyon dollara yüksələrək rekord səviyyəyə çatdığı qeyd edilib.

IIF-in hesabatında, koronavirus böhranının ailələrin borc yükünü ağırlaşdıracağı və koronavirs ilə əlaqədar olaraq gözlənilən iş itkilərinin ailələrin borcunun gəlirlərinə nisbətini artıracağı xəbərdarlığı edilib.