"Ekspress Bank"ın müştəriləri evdən çıxmadan Express24 Mobil Tətbiqi vasitəsilə bir çox əməliyyatları onlayn şəkildə yerinə yetirə bilirlər.
Fins.az xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat verib
Məlumatda bildilir ki, istifadəçilərin ən etibarlı tərəfdaşına çevrilmiş mobil əlavədə ən çox istifadə olunan funskiya kommunal və kredit ödənişləridi. Müştərilər dövlətimizin tövsiyələrinə əməl edərək, karantin rejimində evdən hesablarını izləyə, kartla lazımı əməliyyatları tam təhlükəsiz şəkildə həyata keçirə bilər.
Eyni zamanda bildilir ki, Hüquqi şəxslər və fərdi sahibkarlar isə banka gəlmədən saytımıza daxil olaraq (express24.az) İnternet bankçılıq vasitəsilə mühüm əməliyyatları onlayn rejimdə yerinə yetirə bilir."
Məlumatda həmçinin "Aparılan əməliyyatlara yanaşı, müştərilər bankda olan bütün hesablarına və əməliyyatların tarixçəsinə nəzarət edə bilirlər"deyə qeyd edilir.
Müəllif : Aynur Qəniyeva