BANK

30 Mart

Çin Mərkəzi Bankı uçot dərəcəsini endirib

Çin Mərkəzi Bankı (PBOC) koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün uçot dərəcəsini 0,2 faiz bəndi azaldaraq 2,2%-ə endirib.

Bu barədə xarici mətbuat xəbər yayımlayıb

Bu, ötən ilin noyabr ayından bəri Çində 3-cü faiz endirimidir. 

“Çin pul siyasətini yumşaltmaq üçün geniş imkanlara malikdir. Uçot dərəcəsini endirərkən ölkədə yenidən fəaliyyətə başlayan şirkətləri, qlobal koronavirus epidemiyasını və dünya iqtisadiyyatındakı mənfi tendensiyaları nəzərə aldıq”, –  PBOC sədrinin müşavirlərindən biri Ma Jun bildirib.

(C)report