BANK

30 Mart

Mərkəzi Bank depozit hərracında 200 milyon manat cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 30-da depozit hərracı keçirəcək. Bu barədə fins.az-a AMB-dən məlumat verilib.

"Mərkəzi Bank martın 30-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,76%-7,24% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb