BANK

29 Mart

Martın 10-dan Azərbaycanda banklar valyuta hərraclarında $1,5 milyarddan artıq vəsait alıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 mart tarixindən etibarən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərraclarında banklara ümumilikdə $1 milyard 564,7 milyon satıb.

AMB-nin məlumatına görə, martın 29-da keçirilmiş valyuta hərracında bankların tələbi $106,5 milyon təşkil edib. “Bankların hərracda tələbi tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi dəyişməyib və 1,7000 səviyyəsində formalaşıb və bazar günü səhərə olan məzənnəyə uyğundur”, - məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, martın 10-da AMB və ARDNF tərəfindən banklara $323,2 milyon, martın 11-də - $155 milyon, martın 12-də - $220,8 milyon, martın 13-də - $265,2 milyon, martın 17-də $250,3 milyon, martın 19-da – $243,7 milyon satılıb.

Beləliklə, qeyd etmək olar ki, neftin qiymətinin kəskin ucuzlaşması fonunda martın 10-dan etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub.

Cari ilin yanvar-fevral aylarında valyuta hərraclarında $843,6 milyon məbləğində xarici valyuta satılıb.ARDNF bəyan edib ki, cari il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir