BANK

29 Mart

Bu bankın kredit reytinqi təsdiq edildi-GÖZLƏNİLMƏYƏN QƏRAR

"Standard Poor's” (SP) beynəlxalq reytinq agentliyi Avropa Mərkəzi Bankının (ECB) kredit reytinqini "AAA / A-1" səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin açıqlamasında bildirilir. 

Qurum reytinq üzrə proqnozunu isə "Sabit" saxlayıb. 

“ECB-nin orta və uzun müddətdə qiymətlərin sabitliyini müvəffəqiyyətlə qoruyacağını və qeyri-ənənəvi pul siyasəti alətlərini tətbiq etməklə hərəkət edəcəyini gözləyirik”, - deyə agentliyin açıqlamasında qeyd olunub.