Dollar "təşviq paketi" ilə mühüm valyutalar qarşısında ucuzlaşdı
Dollar, Ağ Ev və Konqresin təşviq planı üzərində razılaşması ilə mühüm valyutalar qarşısında ucuzlaşıb.
Fins.az xəbər verir ki, Bloomberg Dollar İndeksi, Trampın başçılıq etdiyi hökumətin Senatdakı Demokratlar və Respublikaçılar ilə təxminən 2 trilyon dollarlıq xərcləmə və vergi endirimini ehtiva edən xilasetmə paketi üzərində razılaşmasının ardından 0.7% düşüb. ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 3 bənd azalaraq 0.82%-ə geriləyib.
Avro, dollar qarşısında bahalaşıb və Avro/Dollar cütlüyü 0.2% müsbətdə 1.0812-də əməliyyat olunub.
Bazarlar Fed-in həmləsi ilə birlikdə ABŞ-ın təklif paketini virusdan qaynaqlanan maliyyə böhranın dərinləşməsinin sonu olaraq görür.
Koronavirusun iqtisadiyyata vurduğu ziyana görə Dollar bahalaşırdı. Dollar investorlar üçün "etibarlı liman" xüsusiyyətindədir. Böhran dövründə investorlar vəsaitlərini riskli aktivlərdən çıxarıb Dollara yönəldirlər.
Təşviq paketi pisləşmənin dayanacağı ümidlərini gücləndirdiyindən investorlar yenidən digər aktivləri almağa başlayıblar.