“Bank of Baku" sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
Fins.az xəbər verir ki,bu barədə "Bank of Baku"-nun mətbuat xidməti məlumat yayımlayıb.
Məlumatda bildilir ki, “Bank of Baku" Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 (Bir yüz 50 min) AZN məbləğində vəsait köçürüb.