BANK

19 Mart

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Məlumatda bildilir ki, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılıb.Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.

Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.