Bir neçə bank sadələşdirilmiş kredit şərtlərini, endirimləri və reklam kampaniyalarını dayandırmaları ilə bağlı yayılan məlumatları araşdırıb.Fins.az-ın əldə etdiyi məlumata görə Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi bank tərəfindən banklara kreditləşmə ilə bağlı xüsusi təlimat verilməyib.Mərkəzi Bank yaxud Banklar Assossasiyasının platformasında kredit aktivliyinin azaldılması ilə bağlı heç bir təlimat yoxdur.Bu sahədə ajiatajın aradan qaldırlması və banklara inamın artırılması üçün kreditləşmə daha çox liberallaşmaya doğru gedəcək.
Ayrı-ayrı banklardan verilən məlumata görə, sadələşdirilmiş kredit şərtlərini, endirimləri və reklam kampaniyaları ilə bağlı hər hansı məhtudiyyətlər tətbiq etmir. Sadəcə olaraq banklarda bu sahədə spekulyasiyanın, yəni manatla kredit alıb dollara çevirmək cəhdlərinin qarşısını almaq üçün kredit verilməsinə nisbətən ciddi yanaşılır.
Müəllif; Aynur Qəniyeva