BANK

16 Mart

8 ən böyük bank səhm satınalmalarını dayandırıb

ABŞ-ın 8 ən böyük bankı bu ilin I-II rüblərində səhm satınalmalarını müvəqqəti dayandırıb.

 Maliyyə Xidmətləri Forumu bu barədə məlumat yayımlayıb 

Məlumatda bildilir ki, bu qərar koronavirusun (COVİD 19) qlobal iqtisadiyyata yaratdığı bənzəri görünməmiş problemlərə görə qəbul olunub.

Qeyd edək ki, səhm satınalmalarını müvəqqəti dayandırmağa qərar verən banklar sırasında “Bank of America”, “New York Mellon”, “Citigroup”, “Goldman Sachs”, “JP Morgan Chase”, “Morgan Stanley”, “State Street” və “Wells Fargo” da var.

(c)“Report”