BANK

24 Fevral

Ən sərfəli şərtlərlə biznes krediti verən Azərbaycan bankları- Renkinq

Azərbaycanda fəaliyyət göstərən bankların ümumi kredit portfelində biznes kreditlərinin payı son 3 ilə nəzər yetirdikdə artım müşahidə olunmaqdadır. 1 yanvar 2020-ci il tarixinə “Top 15”-də olan bankların reytinqi aşağıdakı kimidir:

image

       Reytinqdə ilk 3 yeri tutan bankların verdikləri biznes kreditləri əsasən iri korporativ müştərilərə verilən kreditlər təşkil edir. Likvidliyi yüksək olan banklar daha ucuz maliyyə resursları cəlb edə bildikləri üçün korporativ müştərilərə biznes kreditlərini daha aşağı faizlə (12-14%) vermək imkanları olur. Buna bxamyaraq iri bankların kiçik məbləğli biznes kreditlərinə maraq göstərməməsi mikro və kiçik sahibkarların (əsasən regionlarda) ucuz maliyyər resurslarından yararlanmaq imkanlarını məhdudlaşdırır.

 Azərbaycan Sənaye Bankı Azərbaycanda biznes kreditləri bazarında adı çox nadir hallanan banklar sırasındadır. Buna baxmayaraq reytinqdə ilk onluqda 8-ci yerdə qərarlaşıb. Bu bankın verdikləri biznes kreditlər adətən məxsus olduğu holdinqlərin şirkətlərinə verilir. Kapital Bank isə son 3 il ərzində biznes kreditləri bazarında mühüm oyunçulardan biri hesab edilsə də 30.000 manata qədər olan kreditlərə maraq göstərmir. Mikro və kiçik biznes subyektlərinin kreditləşməsində AccessBank, Bank Respublika, Unibank daha aktiv şəkildə iştirak edirlər. Regionlarda filial şəbəkəsinin olması bu bankların sahibkarların kreditləşməsində aktiv iştirakı təmin edir. AFB Bank isə 2020-ci ilin əvvəlindən başlayaraq biznes kreditlərinin verilməsi şərtlərini optimallaşdırdıqdan sonra mövcud bazarında rəqabət aparan banklar sırasına qoşulub.

 Ziraat Bank və Bank VTB Azərbaycanda xarici kapitallı banklar olmasına baxmayaraq onların təklif etdikləri kredit faizləri və məhsulları yerli banklarla demək olar ki, eynidir.