BANK

11 Fevral

“Mastercard” Çin bazarına daxil olur

ABŞ-ın beynəlxalq kart təşkilatı - “Mastercard”a Çin bazarında fəaliyyət göstərmək üçün icazə verilib. 

Fins.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Bankı (PBOC) məlumat yayıb. 

Hər il 27 trilyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirildiyi Çində 8,2 milyard bank kartı var. Bunun 90%-i debet kartlardır.