BANK

11 Fevral

Banklar kreditlərdən nə qədər qazanıb ?- MƏBLƏĞ

2019-cu ildə Azərbaycan bankları müştərilərə verilmiş kreditlərdən 1 milyard 421 milyon 600 min manat faiz gəliri əldə ediblər.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Ötən il müştərilərə verilən kreditlərin artması ilə bərabər bankların faiz gəlirləri də artıb.

2018-ci illə müqayisədə 2019-cu ildə müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 272 milyon 600 min manat artaraq 14 milyard 900 milyon 900 min manata yüksəlib. Xalis kreditlər (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər) 2 milyard 302 milyon manat artaraq 13 milyard 451 milyon manata çatıb.

Müştərilərə verilmiş kreditlərin artması bankların kreditlər üzrə faiz gəlirlərinin artmasında da əks olunub. 2018-ci illə müqayisədə 2019-cu ildə kreditlər üzrə faiz gəlirləri 197.1 milyon manat artaraq 1 milyard 421 milyon 600 min manat təşkil edib. Banklar 2018-ci ildə 1 milyard 224 milyon 500 min manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən il bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri 169.2 milyon manat artaraq 1 milyard 922 milyon 200 min manat təşkil edib.