BANK

10 Fevral

BOKT-ların fəaliyyətinə hansı maneələr var?- SƏDR AÇIQLAYIR

Regionlarda BOKT-ların fəaliyyətinə bir neçə maneələr var

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Cəlal Əliyev deyib 

O bildirib ki, hazırda regionlarda BOKT-ların fəaliyyətinə bir neçə maneələr var:

-       Nağdsız kreditləşmə kanalının olmamasıdır. BOKT-lar ödəniş sistemlərinə çıxışı yoxdur. 

-       Kreditləşmə zamanı tələblərin (vergi qeydiyyatı, gəlirlərin identifikasiyası və s) sərt olmağıdır.

-    Sahibkarlıq fəaliyyətinin və gəlirlərin müvafiq identifikasiyasının, vergi qeydiyyatının, xüsusi icazə, sertifikatlaşdırma tələb edildiyi halda müvafiq icazə, lisenziya və sertifikatların mövcudluğu, rəsmi bəyan edilən gəlirlərə əsaslanaraq kredit məbləğlərinin müəyyən edilməsi, kreditin məbləğinin müəyyən edilməsi zamanı borc götürənin gəlirlərinə adekvat olması kimi tələblərdir. BOKT-ların müştərilərinin böyük əksəriyyəti  həm vergi qeydiyyatında olmayan tam formalaşmamış mikro və kiçik sahibkarlıq subyektləri, həm də formal qeydiyyatı olsa belə, gəlirlərini şəffaf bəyan etməyən sahibkarlıq subyektləridir.