BANK

05 Fevral

“Ata Bank” sədrinin müavini dövlət müəssisəsinə rəhbər vəzifəyə gedib

“Ata Bank” ASC-nin sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olub.

Məlumata görə, R.Hüseynov “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri təyin edilib.

R.Hüseynov İdarə Heyəti sədrinin müavini kimi 2016-ci ilin aprelindən təyin edilməsinə rəğmən bu bankda Baş Maliyyə İnzibatçısı vəzifəsində də işləməkdə davam edirdi.

Hüseynov ilk karyerasına 2004-cü ildə məhz “Ata Bank” ASC-də başlamışdı.

© Banker