BANK

01 Fevral

Elman Rüstəmov: Problemli kreditlərin restrukturizasiyası 55% həyata keçirilib

Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində 135 min vətəndaşın kreditləri restrukturizasiya olunub. Bu barədə AMB-nin sədri Elman Rüstəmov məlumat verib.

“Fərman çərçivəsində Azərbaycan vətəndaşlarına 645 milyon manat məbləğində kompensasiya ödənilib. Bundan əlavə, 269 milyon manatdan artıq məbləğdə 135 borc alanın kreditləri restrukturizasiya olunub”, - Rüstəmov cümə günü mətbuat konfransında bildriib.

Onun sözlərinə görə, ümumilikdə restrukturizasiya prosesi ötən ilin dekabr ayının 30-da başa çatıb və 55% reallaşdırılıb.

“Kompensasiyaların ödənişi üzrə icra göstəricisi 98% təşkil edib. Krdeitlərin restrukturizasiyasına gəlincə isə, burada icra göstəricisi aşağıdır – 55%. Biz bu göstəricini təhlil edib səbəblərini aşkar edəcəyik. Restrukturizasiyanın davam edəcəyini istisna etmirəm, lakin bu müddətin uzadılmasında zərurət göprmürəm”, - Rüstəmov bəyan edib.